FAQ

 Hungry.az nədir

Sevdiyiniz restoranlardan çatdırılma xidməti. Bakıda yerləşən ən yaxşı restoranların siyahısını seçin və sifariş verin. Biz çatdırılmanı səmərəli şəkildə və yüksək keyfiyyətlə edəcəyik. Sifarişləri real vaxt rejimində izləyin. Qidanı və çatdırılma təcrübəsini qiymətləndirin.


 Qeydiyyat

Sifariş yerləşdirməzdən əvvəl qeydiyyatdan keçməliyəm?

Bəli, sifariş yerləşdirməzdən əvvəl qeydiyyatdan keçərək şəxsi hesab yaratmaq lazımdır. İlk dəfə qeydiyyat zamanı ad, soyad, elektron poçt ünvanını və telefon nömrəsini qeyd etmək vacibdir.

Sifarişlər Telefonla sifariş edə bilərəm?

Bəli, *7766 qısa nömrəsinə zəng edərək sifarişlərinizi verə bilərsiniz.

Əvvəlcədən sifariş yerləşdirmək mümükündür?

Sifariş yerləşdirərkən sizin üçün rahat çatdırılma vaxtını seçə bilərsiniz. Sifarişi əvvəlcədən yerləşdirmək üçün Ön sifariş duyməsini basaraq müvafiq çatdırılma vaxtını seçmək lazımdır.

Sifarişim haqqında məlumatları harada tapa bilərəm?

Sifariş haqqında ətraflı məlumatı Sifarişlərin məlumatı bölümündə, İşlənilir kateqoriyasına keçib, Sifarişinizi basaraq ala bilərsiniz.

Sifarişi yerləşdirdikdən sonra dəyişə bilərəm?

destek@kuryerim.az Dəstək Xidmətinə yaza və yaxud *7766 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Sifarişi ləğv edə bilərəm?

Bəzi hallarda, əyər restoran sifarişinizin hazırlığına başlamayıbsa.


 Qidada xüsusi seçimlər

Qidaya aid xüsusi qeydləri hara qeyd edə bilərəm?

Əyər sizin qida allergiyanız və ya xüsusi qida seçimləriniz varsa (məsələn, müəyyən ədviyyat və ya tərəvəzləri sevmirsinizsə / allergiyanız varsa), sifariş yerləşdirərkən Sifarişin Şərh bölməsində və ya Ödəniş səhifəsində bu barədə qeydlər edə bilərsiniz.


 Sifarişlərin və vəsaitlərin qaytarılması

Sifariş ilə bağlı hər-hansı bir problem yaranarsa, qaytarma siyasətiniz nədir?

Sifarişinizin alınması zamanı məhsulların arasında qüsurlu və yaxud zədəli qablaşdırmada olan məhsul aşkarlanarsa, satıcının Dəstək Xidmətini dərhal məlumatlandırmaq lazımdır və belə məhsullar dərhal kuryerə qaytarılmalıdır. Məhsullar kuryerdən alındığdan sonra, bütün məsuliyyət alıcının üzərinə düşür. Daha ətraflı məlumatı bu linkə keçərək əldə edə bilərsiniz https://hungry.az/termsofuse


 Çatdırılma

Mən olduğum əraziyə çatdırılmanın olub-olmadığını necə yoxlaya bilərəm?

Qeyd etdiyiniz ünvana çatdırılmanın olub olmadığını Əsas və Ödəniş səhifələrində yoxlaya bilərsiniz.

Çatdırılma ünvanını sifariş yerləşdirdikdən sonra necə dəyişə bilərəm?

destek@kuryerim.az Dəstək Xidmətinə yazın və yaxud *7766 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz


 Ödəniş

Çatdırılmanın qiyməti nə qədərdir?

Restorandan, məbləğdən və məsafədən asılı olaraq çatdırılma pullu və pulsuz ola bilər.

Siz hansı ödəniş üsullarını qəbul edirsiniz?

Çatdırılma zamanı biz: nəğd pul və POS-terminal ilə (restoran dəstəklədiyi halda) ödənişləri qəbul edirik.

Mən digər şəxsin adına olan kartla ödəniş edə bilərəm?

Kart sahibindən icazə aldığınız təqdirdə alternativ kartdan istifadə edə bilərsiniz, lakin sifarişi aldığınız zaman kuryer tərəfindən şəkilini çəkmək üçün şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.


 Kuryer üçün tips

Kuryerə tips verməliyəm?

Kuryerə öz təşəkkürünüzü bildirmək istəyirsinizsə, sifarişinizi aldığınız zaman kuryerə nəğd şəklində tips saxlaya bilərsiniz.


 Texniki problemlər

Proqramdan istifadə zamanı hər hansı bir texniki problem yaranarsa, kimə müraciət edə bilərəm?

destek@kuryerim.az Dəstək Xidmətinə yaza bilərsiniz.