Hungry.az və KFC əməkdaşlığa start verib - Hungry.az - yemək sifarişi, ərzaq sifarişi
20.12.2019

Hungry.az və KFC əməkdaşlığa start verib

Bu ortaqlıq, ən populyar fastfud restoranlar şəbəkələrindən olan KFC-nin Hungry.az qida çatdırılma xidməti ilə Azərbaycanda ilk təcrübəsi olacaqdır.

Bu gündən etibarən Bakı sakinləri evdən çıxmadan Polkovnik Sandersin reseptləri ilə hazırlanan əfsanəvi yeməkləri dada biləcəklər. Bunun üçün Hungry.az tətbiqini yükləmək və ya eyni adlı veb sayta daxil olmaq kifayyətdir. Ən qısa zamanda çatdırılma xidmətinə Amburan və Həzi Aslanov kimi uzaq filiallar da qatılacaqdır. KFC ilə yanaşı Hungry.az xidməti vasitəsi ilə Bakı şəhərində fəaliyyət göstərən ən populyar restoranlardan – fastfud, pizza və suşidən tutmuş elit restoranlara qədər sifariş etmək mümkündür.