Burger King Hungry.az tərəfdaşları siyahısına qoşulur - Hungry.az - yemək sifarişi, ərzaq sifarişi
01.10.2019

Burger King Hungry.az tərəfdaşları siyahısına qoşulur

Hamburger üzrə ixtisaslaşan dünyanın ikinci ən böyük fast fud restoranı Burger King Hungry.az platforması sayəsində müştərilərinə daha yaxın olacaq.

Şirəli burgerlərin pərəstişkarları Burger King 28 Mall və Gənclik Mall-da yerləşən filiallarından sifariş edə biləcəklər. Tezliklə Park Bulvar-da yerləşən üçüncü filialın platformaya qoşulması planlaşdırılır. Hal-hazırda Hungry.az xidməti vasitəsi ilə Bakı şəhərində fəaliyyət göstərən ən populyar restoranlardan – fastfud, pizza və suşidən tutmuş elit restoranlara qədər sifariş etmək mümkündür.